Donald Tramp ABŞ prezidentliyi yarışında kritik ştatlarda liderliyi ələ alıb
ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlı sorğularda Kamala Harris 1,7 bal irəlidə olduğu halda Donald Tramp seçkinin taleyini müəyyən edəcək 7 kritik ştatda səslərini artırıb.
APA xəbər verir ki, noyabrın 5-də ABŞ-da keçiriləcək 60-cı prezident seçkiləri üçün Harris və Tramp arasında sıx rəqabət getdikcə qızışır.
ABŞ-da prezident seçkiləri zamanı aparılan sorğuları dərc edən "Real Clear Politics (RCP)" xəbər platformasında ölkə üzrə aparılan sorğuların orta göstəricisinə görə, Harrisin 49,2 faiz dəstəyi var.
Müvafiq olaraq, Harris eyni sorğularda 47,5 faiz dəstək toplayan Trampı qabaqlayır.
Sorğularda Harris kiçik fərqlə irəlidə görünsə də, ABŞ-da prezident seçkiləri sistemi səbəbilə dəyişkən ştatlarında nəticələr daha mühümdür.
“Seçkilər Kollegiyası” adlanan sistemə görə kritik əhəmiyyət kəsb edən 7 dəyişkən ştatda keçirilən sorğuların ortalamasına görə Tramp 0,7 bal fərqlə Harrisi qabaqlayır.
Son sorğulara görə, Tramp Pensilvaniyada 0,3 bal, Corciyada 0,7 bal, Arizonada 1,1 xal, Nevadada 0,5 bal, Miçiqanda 1 xal və Şimali Karolinada 1,3 xalla Harrisdən irəlidədir.
Eyni sorğularda Harris Viskonsin ştatında 0,3 balla irəlidədir və görünür ki, Harris həmişə irəlidə olduğu Miçiqan ştatında son həftə Trampdan geri qalıb.
Digər tərəfdən, “Reuters”, “CBS News”, “Pew”, “Harvard” və “NBC News” kimi məşhur anketlər də daxil olmaqla, ölkə daxilində vəziyyəti əks etdirən orta hesabla 11 hazırkı sorğuya görə, Harris səslərin 49,2 faizini, Tramp isə səslərin 47,5 faizini qazanıb.
Bu sorğular arasında “Reuters”in araşdırmasında Harrisə dəstək 47%, Trampa dəstək isə 44 % olduğu halda, “Harvard”ın sorğusunda Harris 51%, Tramp isə 49% çatıb.
Ümumilikdə seçki zamanı bütün gözlər Pensilvaniya, Corciya, Arizona, Nevada, Miçiqan, Şimali Karolina və Viskonsin kimi kritik ştatlarda olacaq.
Oxşar xəbərlər
Harris Trampı sorğularda 5 faiz qabaqlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Tramp və Harris arasındakı debatda nokaut qeydə alınmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kamala Harris vitse-prezident postuna namizədini müəyyənləşdirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kamala Harris seçki kampaniyasını TikTok-a daşıyıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kamala Harris Trampla səs fərqini 1 %-ə endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











