Tramp prezident seçkilərində səs verib
ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp prezident seçkilərində səs verib.
APA xəbər verir ki, CNN-in yaydığı məlumata görə Tramp Florida ştatının Palm-Biç şəhərindəki seçki məntəqəsində şəxsən səs verib.
Qeyd edək ki, bu gün ABŞ-da növbəti seçkilər keçirilir. Seçkilərdə prezident, vitse-prezident, Senatın üçdə biri və Konqresin Nümayəndələr Palatasının bütün üzvləri, həmçinin 11 ştatın və 2 ərazinin qubernatorları seçiləcək.
Respublikaçı namizəd Donald Tramp və ABŞ-ın hazırkı hakim Demokrat Partiyasını təmsil edən Kamala Harris dövlət başçısı postuna iddialıdırlar.
Tramp Amerikanın 45-ci prezidenti olub və 2017-2021-ci illərdə vəzifədə olub. O, 2020-ci il prezident seçkilərində Demokrat Co Baydenə məğlub olub.
Harris isə 2021-ci ilin yanvarından ABŞ-ın vitse-prezidentidir.
Oxşar xəbərlər
Tramp Floridada prezident seçkilərində səs verib
ABC Tramp-Harris debatı ilə bağlı məlumatı təsdiqləyib
ABŞ-da 60-cı dəfə prezident və vitse-prezident seçkiləri keçiriləcək
KİV: Tramp və Harris arasındakı debatda nokaut qeydə alınmayıb
Harris Trampın namizəd olmaqdan kənarlaşdırılmalı olduğunu düşünür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
