ABŞ dörd gürcü vətəndaşına sanksiya tətbiq edib
ABŞ etiraz aksiyalarına görə, dörd gürcü vətəndaşına qarşı sanksiya tətbiq edib.
Sizinxeber.az xəbər verir ki, bu barədə “Civil Georgia” məlumat yayıb.
Bildirilib ki, DİN-in Xüsusi Təyinat Departamentinin rəhbəri Zviad Xarazişvili (Xareba) və onun müavini Mileri Laqazauri ilə yanaşı radikal sağçı şəxslər olan Konstantin Morqoşiya və Zurab Maxaradzeyə sanksiya tətbiq edilib.
“Birləşmiş Ştatlar bu gün Gürcüstanın demokratiyasına və gürcü xalqının insan haqlarına xələl gətirmiş bir sıra Gürcüstan hökumət rəsmiləri və digər şəxslərə qarşı geniş məsuliyyət tədbirləri tətbiq edir”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Bayden administrasiyası daha əvvəl qanuna və etirazlara görə “Gürcü Arzusu” üzvlərinə, parlament üzvlərinə, hüquq-mühafizə orqanlarına və özəl vətəndaşlara viza qadağası qoyub.
Oxşar xəbərlər
ABŞ “İran Air”ə qarşı sanksiya tətbiq edib
Britaniya Rusiyanın 10 gəmisinə sanksiya tətbiq edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
