Mask yeni layihəsinin Yer kürəsində həyatı məhv olmaqdan xilas edə biləcəyini deyib
“SpaceX” şirkətinin sahibi İlon Mask hesab edir ki, “Starship” kosmik gəmisi insanlara başqa planetləri kəşf etməyə və onları Yer kürəsində yox olmaqdan xilas etməyə imkan verəcək.
APA xəbər verir ki, “Ulduz gəmisi həyatı çox planetli edəcək və bürokratiya müdaxilə etməsə, onu Yer üzündə yox olmaqdan xilas edəcək”, - deyə o “X” hesabında bildirib.
Mask həmçinin hər il dövlət müdaxiləsinin getdikcə daha da sərtləşdiyini bildirərək “Bu belə davam edərsə, ABŞ-dakı bütün böyük layihələr qanunsuz olacaq”, - deyə buna əmin olduğunu deyib.
Qeyd edək ki, “Starship” Maskın “SpaceX” şirkəti tərəfindən hazırlanır. Gəminin universal olacağı və müxtəlif versiyalarda aşağı Yer orbitinə insanlı uçuşlar, peyklərin buraxılması və Aya, Marsa, eləcə də daha uzaq səma cisimlərinə missiyaların yerinə yetirilməsi üçün istifadə oluna biləcəyi güman olunur.
Oxşar xəbərlər
İlon Mask: “Starship”in Marsa ilk pilotsuz uçuşları iki ildən sonra planlaşdırılır
İlon Mask Kamala Harrisi kommunist adlandırıb
Bloomberg: İlon Mask 235 mlrd. dollar sərvətlə dünyanın ən zəngin şəxsidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Trampın təhdidindən sonra İran nümayəndə heyəti danışıqları tərk etdi
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
