Demokratların qurultayının keçiriləcəyi Çikaqoda yüzlərlə insan Fələstin üçün küçələrə axın edib
Bazar ertəsi ABŞ Demokratlar partiyasının milli qurultayının keçiriləcəyi Çikaqo şəhərinin mərkəzində Fələstin tərəfdarlarının təşkil etdiyi mitinqdə yüləzlə insan iştirak edib.
Sizinxeber.az xəbər verir ki, bu barədə TASS-ın müxbiri hadisə yerindən məlumat verib.
Nümayişçilər şəhərin əsas küçələrindən biri olan Miçiqan prospekti ilə Miçiqan gölünün sahilindəki Qrand Parka doğru yürüş ediblər.
“İsrailə silah tədarükünü dayandırın”, “Qəzzada soyqırımı dayandırın” və “Qəzzanın blokadasına son qoyun” şüarları yazılmış plakatlarla yürüşə gələn etirazçılar, xüsusən də İsrailin baş naziri Benyamin Netanyahunu anklav sakinlərinə qarşı soyqırımda, ABŞ prezidenti Co Baydeni isə ona kömək etməkdə ittiham edirlər.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiyanın hərbi təyyarəsi İrkutsk yaxınlığında qəzaya uğrayıb
-
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
-
AYNA: Bakıda daha 7 ünvanda tibb müəssisələrinə gələnlərə rahat şərait yaradılıb
-
Zakir Həsənov Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
