Rubio Fransanın XİN başçısı ilə Ukrayna, Qəzza və İran məsələlərini müzakirə edib
ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda Fransa xarici işlər naziri Jan-Noel Barro ilə görüş keçirib.
APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryusun yaydığı bəyanatda qeyd olunub.
Bildirilib ki, görüşdə Ukraynadakı müharibə, Qəzza zolağındakı vəziyyət və İranla bağlı məsələlər müzakirə olunub.
“Dövlət katibi Marko Rubio bu gün Fransa xarici işlər naziri Jan-Noel Barro ilə görüşüb. Görüşün əsas məqsədi Ukraynada sülhə doğru irəliləyişin əldə olunması olub. Dövlət katibi aydın şəkildə bildirib ki, Prezident Donald Tramp səylərini Ukraynadakı mənasız qan tökülməsinin dayandırılmasına yönəldib və ABŞ-ın Fransa və digər Avropa tərəfdaşları ilə sıx əməkdaşlıq çərçivəsində dayanıqlı sülhə nail olmağa sadiq olduğunu təsdiqləyib”, - bəyanatda deyilir.
Oxşar xəbərlər
KİV: Rubio və Uitkoff Fransada Ukrayna, İran və rüsumları müzakirə edəcəklər
Marko Rubio Kanadanın XİN başçısı ilə görüşüb
Rubio: Avropa Ukrayna müharibəsinin başa çatdırılması üçün səylərini artırmalıdır
Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb
Rubio: ABŞ-da məsləhətləşmələr göstərdi ki, Rusiya - Ukrayna sülhü mümkündür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
