Rubio: TRIPP layihəsi Azərbaycan və Ermənistan üçün yeni iqtisadi imkanlar açacaq
sizinxeber.az xəbər saytı

Rubio: TRIPP layihəsi Azərbaycan və Ermənistan üçün yeni iqtisadi imkanlar açacaq


TRIPP layihəsinin həyata keçirilməsi Azərbaycan və Ermənistan üçün mühüm perspektivlər yaradacaq.

APA xəbər verir ki, bu barədə dövlət katibi Marko Rubio Konqresin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində çıxışı zamanı danışıb.

Rubio bildirib ki, son 16-17 ay ərzində Dövlət Departamentinin fəaliyyəti həm mühüm diplomatik nailiyyətlərlə, həm də mürəkkəb beynəlxalq problemlərlə müşayiət olunub.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında uzun illər davam edən qarşıdurma artıq başa çatıb və bu proses hər iki ölkə üçün yeni imkanlar vəd edən TRIPP layihəsinin yaradılmasını nəzərdə tutan memorandumun imzalanması ilə yekunlaşıb.

“Bu memorandum mənim tərəfimdən imzalanıb və o, Azərbaycanla Ermənistan üçün əhəmiyyətli iqtisadi və nəqliyyat imkanları formalaşdıracaq yeni rifah marşrutunun əsasını qoyur”, - deyə Rubio vurğulayıb.

Oxşar xəbərlər

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
TRİPP Bakı və İrəvan arasında sülh sazişinin lövbəridir - Rubio
Ermənistan XİN ABŞ-la TRIPP üzrə imzalanan sazişin mətnini dərc edib
Rubio: ABŞ Ermənistan və Azərbaycan arasında tarixi sülh sazişini alqışlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər