Rubio: ABŞ Ermənistan və Azərbaycan arasında tarixi sülh sazişini alqışlayır
sizinxeber.az xəbər saytı

Rubio: ABŞ Ermənistan və Azərbaycan arasında tarixi sülh sazişini alqışlayır


ABŞ dövlət katibi Marko Rubio Ermənistan və Azərbaycan arasında imzalanmış sülh sazişi ilə bağlı bəyanat yayıb.

APA-nın xəbərinə görə, o, Ermənistan və Azərbaycan arasında Trampın vasitəçiliyi ilə imzalanan tarixi sülh sazişini alqışlayıb.

"Amerika Birləşmiş Ştatları bu gün Ermənistan və Azərbaycan arasında əldə olunmuş tarixi sülh sazişini qeyd edir. Prezident Tramp bu tərəfləri bir araya gətirdi və onilliklər davam edən münaqişəyə son qoyan razılaşmanı vasitəçilik edərək əldə etdi. Bu, hər iki ölkə üçün irəliyə addımlamaq və Cənubi Qafqaz regionunun iqtisadi potensialını açmaq, bununla da Amerika xalqı, eləcə də həm Ermənistan, həm də Azərbaycan üçün ticarət razılaşmaları və rifah gətirəcək imkan deməkdir. Biz hər iki ölkəni sülhün yeni erasına qədəm qoymaları münasibətilə təbrik edirik," deyə bəyanatda qeyd olunub.

Oxşar xəbərlər

Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Berbok: Almaniya Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə razılaşmanı alqışlayır
Rubio və Fransa XİN başçısı Azərbaycanla Ermənistan arasında sülh sazişini müzakirə edib
Marko Rubio Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib
Nikol Paşinyan və Marko Rubio arasında telefon danışığı baş tutub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər