Rubio: ABŞ Ukraynada sülh səylərini bərpa etməyə hazırdır
sizinxeber.az xəbər saytı

Rubio: ABŞ Ukraynada sülh səylərini bərpa etməyə hazırdır


ABŞ Rusiya ilə Ukrayna arasında sülhün əldə olunması istiqamətində səyləri yenidən davam etdirməyə hazırdır.

ABŞ dövlət katibi Marko Rubio bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı danışıb.

O, həmçinin vurğulayıb ki, ABŞ Ukrayna məsələsində tərəfsiz vasitəçi deyil.

"Bu məsələdə açıq danışaq, biz bu müharibədə tərəfsiz vasitəçi deyilik", - deyə dövlət katibi qeyd edib.

Rubionun sözlərinə görə, Vaşinqton Ukraynaya silah və hərbi texnika tədarük etməklə ona dəstəyini davam etdirir.

O bildirib ki, ABŞ hesab edir ki, Ukraynadakı münaqişənin hərbi həlli yoxdur və problem yalnız diplomatik yollarla həll edilə bilər.

Oxşar xəbərlər

Rubio: ABŞ Ukraynaya silah göndərir, amma münaqişə başa çatmalıdır
ABŞ Ukrayna ilə bağlı bu il müsbət xəbərlər gözləyir
ABŞ dövlət katibi: Rusiya-Ukrayna münaqişəsinin hərbi yolla həlli yoxdur
Rubio: Ukrayna münaqişəsinin nizamlanması üçün hələ çox iş görülməlidir
Rubio: Ukraynaya silah tədarükü razılaşdırılmış qrafik üzrə davam edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər