Qalibaf: İrana qarşı təhdidlər cəzasız qalmayacaq
sizinxeber.az xəbər saytı

Qalibaf: İrana qarşı təhdidlər cəzasız qalmayacaq


İrana qarşı təhdidlər cəzasız qalmayacaq.

"Sizinxeber.az" ISNA-ya istinadən xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf deyib.

"İstənilən hücum qətiyyətli və adekvat cavabla qarşılaşacaq", - M. Qalibaf Hörmüz boğazında yaşanan son gərginliyə eyham vurub.

İranın xarici işlər naziri Abbas Əraqçi isə bildirib ki, İslam Respublikasının Silahlı Qüvvələri qanuni özünümüdafiə hüququ çərçivəsində ABŞ-nin atəşkəs rejimini pozmasına imkan verən obyektlərə qarşı hücumları həyata keçirir.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.

Oxşar xəbərlər

Qalibaf: Düşmən yeni müharibə axtarır
İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi müzakirə olunub
Pezeşkian: Dəniz blokadası İrana qarşı hərbi əməliyyatın davamıdır
İran ABŞ sanksiyalarını dəstəkləyən ölkələrin gəmilərinin Hörmüzdən keçidini bloklayacaq
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər