Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib
sizinxeber.az xəbər saytı

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib


Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

"Report" Rusiya mediasına istinadən xəbər verir ki, Baş Assambleya ölkənin 2027-2028-ci illər üçün Təhlükəsizlik Şurasının tərkibinə daxil edilməsinə səs verib.

Dörd raunddan sonuncusunda 142 ölkə Qırğızıstana səs verib, Filippin isə cəmi 49 səs toplayıb.

2027-ci il yanvarın 1-dən Avstriya, Zimbabve, Portuqaliya, Trinidad və Tobaqo da qeyri-daimi üzvlər kimi Təhlükəsizlik Şurasına daxil olacaq. Onlar şurada səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatan Yunanıstan, Danimarka, Pakistan, Panama və Somalini əvəz edəcəklər.

Oxşar xəbərlər

Latviya ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib
Qırğızıstan BMT TŞ-nın qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürəcək
Quterreş: Afrika ölkələri tezliklə BMT TŞ-nin daimi üzvü olacaqlar
Braziliya BMT TŞ-nin daimi üzvü olmaq istəyir
TDT Azərbaycanın UNESCO-nun Ümumdünya İrs Komitəsinə üzvlüyünə namizədliyini dəstəkləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər