Narkotikin təsiri altında olan sürücü həbs edilib
sizinxeber.az xəbər saytı

Narkotikin təsiri altında olan sürücü həbs edilib


Paytaxtın Binəqədi rayonunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan sürücü saxlanılıb.

"Report"un məlumatına görə, müəyyən edilib ki, axtarışda olan İsrafil Əliyev atasına məxsus "Hyundai" markalı, 99-QP-750 dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitənin təsiri altında idarə edib.

Sürücü barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə İsrafil Əliyev narkotik vasitələrin qanunsuz istehlakı və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaqda təqsirli bilinərək 30 sutka müddətinə inzibati qaydada həbs edilib.

Oxşar xəbərlər

Narkotikin təsiri altında olan sürücü 30 sutka həbs edilib
Göyçayda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub
Maşınında xəncər saxlayan və polisin qanuni tələbinə tabe olmayan sürücü həbs edilib
Avtomobili narkotik vasitənin təsiri altında idarə edən Astara sakini həbs olunub
Astarada narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər