Dayısının həyat yoldaşını öldürməkdə şübhəli bilinən yeniyetmənin axtarışları davam etdirilir - YENİLƏNİB-2
sizinxeber.az xəbər saytı

Dayısının həyat yoldaşını öldürməkdə şübhəli bilinən yeniyetmənin axtarışları davam etdirilir - YENİLƏNİB-2


Cəlilabadda dayısının həyat yoldaşını öldürməkdə şübhəli bilinən 15 yaşlı Anar Əzizov hadisə yerindən qaçıb.

"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, onun psixoloji problemlərinin olduğu bildirilir.

A. Əzizovun ailəsi Rusiyada yaşayır və o, bir müddətdir ki, dayısının evində qalırdı. Hadisə baş verən vaxt onun dayısı evdə olmayıb.

İlkin məlumata görə, A. Əzizov əlindəki kəsici alətlə dayısının həyat yoldaşı S. Cəfərovaya hücum edib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın elə yerindəcə həyatını itirib. Hadisə vaxtı evdə mərhumun iki azyaşlı övladı da olub. Məhz onlar qaçaraq qonşulara qətl barədə məlumat veriblər.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən şübhəlinin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Cəlilabad rayonunda qətlə yetirilən qadının şəxsiyyəti məlum olub.

"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, 2011-ci il təvəllüdlü Anar Əzizov 1999-cu il təvəllüdlü Səidə Cəfərovanı kəsici alətlə öldürüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, S. Cəfərova A. Əzizovun dayısının həyat yoldaşı olub.

Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Məhəmməd Hadi küçəsində qeydə alınıb.

İlkin məlumata görə, Anar adlı şəxs dayısının həyat yoldaşına müxtəlif bədən xəsarətləri yetirib.

Nəticədə qadın hadisə yerində həyatını itirib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər

Cəlilabadda törədilən qətlin təfərrüatı bəlli olub - YENİLƏNİB
Cəlilabadda baş verən qətlin təfərrüatları məlum olub - YENİLƏNİB
Şəkidə həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
Ağstafada kişi 18 yaşlı həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinir
Cəlilabadda 62 yaşlı qadının qətli mülk üstündə olub - TƏFƏRRÜAT - YENİLƏNİB-2 

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər