Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar bəlli olub
Bu ilin mart ayında Azərbaycanda ən çox meyvə və tərəvəz bahalaşıb, yumurta isə ucuzlaşıb.
“Sizinxeber.az-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, mart ayında əvvəlki ayla müqayisədə meyvələrin qiyməti 3,6%, tərəvəzlərin qiyməti isə 3,2% artıb.
Bununla yanaşı, balıq və balıq məhsulları 1,5%, süd və süd məhsulları 0,6%, çörək, çörək məmulatları və yarmalar 0,7% bahalaşıb. Digər məhsul qruplarından ət və ət məhsullarının qiyməti 0,2%, kərə və bitki yağları, qənd, cem, bal, şokolad və konfetlər, çay, qəhvə və kakao, həmçinin mineral sular və şirələr üzrə qiymətlər 0,3% artıb. Alkoqollu içkilər isə 0,5% bahalaşıb.
Hesabat ayında ən çox ucuzlaşma yumurtanın qiymətində qeydə alınıb. Belə ki, mart ayında yumurtanın qiyməti fevral ayı ilə müqayisədə 2,9% azalıb. Tütün məmulatlarının qiymətləri isə ötən ay dəyişməz olaraq qalıb.
Qeyd edək ki, cari ilin mart ayında illik inflyasiya 5,6%, aylıq inflyasiya isə 0,5% təşkil edib.

Oxşar xəbərlər
Avropa və ABŞ-da bu il təbii qaz kəskin bahalaşıb
Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Ötən ay Azərbaycanda ucuzlaşan və bahalaşan məhsullar - Siyahı
Ötən ay Azərbaycanda ucuzlaşan və bahalaşan məhsullar - Siyahı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Ağakərim Səmədzadə: "Azərbaycan ekoloji siyasəti iqtisadiyyatın bütün əsas sahələrinə inteqrasiya edir"
-
Cəlal Hüseynov: "Rumıniya klubuna keçidim karyeramda irəliyə atılan addımdır"
-
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
-
Neft Emalı Zavodunda yanğın başlayıb
-
Basqalda şəhid övladlarının "Zəfər" intellektual yay düşərgəsi keçirilib
