ABŞ Ukraynaya böyük hərbi təchizat paketini təsdiqləyib
ABŞ Dövlət Departamenti Ukraynaya 330 milyon dollar dəyərində daha bir hərbi yardım paketinə razılıq verib.
Sizinxeber.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Yardıma artilleriya və hava hücumundan müdafiə sistemləri üçün ehtiyat hissələri və təmir xidmətləri daxildir.
Paketə ümumi dəyəri 150 milyon dollar olan M109 özüyeriyən haubitsaların texniki xidməti, təmiri və əsaslı təmiri üzrə mühüm imkanlar, habelə Ukraynanın hava hücumundan müdafiəsi üçün 180 milyon dollar dəyərində xidmətlər daxildir.
Qeyd olunur ki, müvafiq xidmət və materialları Ukraynaya ABŞ-ın “BAE Systems”, “Allison Transmission”, “Daimler Truck North America”, “Sierra Nevada Corporation”, “Radionix”, “Systems Electronic Export” müdafiə şirkətləri təqdim edəcək.
Oxşar xəbərlər
ABŞ Ukraynaya 500 milyon dollar hərbi yardım ayırır
ABŞ Ukraynaya 500 milyon dollar dəyərində yeni hərbi yardım ayırıb
Hollandiya Ukraynaya 88 milyon avro ayırıb
Almaniya Ukraynaya növbəti yardım paketini açıqlayıb
ABŞ Ukraynaya 300 milyon dollarlıq yeni hərbi yardım paketi göndərir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













