ABŞ iyulun 4-dən tələb olunan rüsum dərəcələri barədə digər ölkələri xəbərdar etməyə başlaya bilər
sizinxeber.az xəbər saytı

ABŞ iyulun 4-dən tələb olunan rüsum dərəcələri barədə digər ölkələri xəbərdar etməyə başlaya bilər


Vaşinqton administrasiyası iyulun 4-də digər ölkələri ikitərəfli ticarətin gələcək şərtləri və ABŞ bazarına tədarük etdikləri mallar üçün tələb olunan rüsum dərəcələri barədə məlumatlandırmağa başlaya bilər.

Sizinxeber.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib.

“Biz müxtəlif ölkələrə, yəqin ki, sabahdan (iyulun 4-dən), bəlkə də gündə 10 ölkəyə məktub göndərəcək və onlara ABŞ-la iş görmək üçün nə qədər pul ödəyəcəklərini söyləyəcəyik”, - Tramp bildirib.

Tramp vurğulayıb ki, o, bu yanaşmanı hər bir ölkə ilə ayrı-ayrı hərtərəfli ticarət sazişi hazırlamaqdan daha səmərəli hesab edir.

"Mən onların hansı rüsumları ödəyəcəklərini bildirən məktub göndərməyə meylliyəm. Bu, daha asandır. Çünki 170-dən çox ölkə var", - Tramp əlavə edib.

Oxşar xəbərlər

Tramp: Gömrük rüsumları ABŞ-a gündəlik 2 milyard dollar qazandırır
Tramp Aİ-dən Çin məhsullarına əlavə rüsumların tətbiq ediləsini istəyir
Tramp: ABŞ hərbi xərcləri artırmaya bilər, amma NATO ölkələri bunu etməlidir
Donald Tramp ABŞ-ın yeni rüsumlarını açıqlayıb
Tramp iyulun 26-da Floridada Netanyahu ilə görüşəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər