Ohayo ştatında baş verən atışma nəticəsində azı səkkiz nəfər yaralanıb
sizinxeber.az xəbər saytı

Ohayo ştatında baş verən atışma nəticəsində azı səkkiz nəfər yaralanıb


Ohayo ştatının Tolido şəhərində "Old West End" festivalı yaxınlığında baş verən atışma nəticəsində azı səkkiz nəfər yaralanıb.

"Sizinxeber.az" "CBS" telekanalının yerli bölməsinə istinadən xəbər verir ki, bu barədə mer Ueyd Kapşukeviç məlumat verib.

Hadisə iyunun 6-sı axşam saatlarında baş verib. Atışma ilə bağlı məlumatlardan sonra hadisə yerinə çoxlu sayda polis əməkdaşı və tibb işçisi cəlb olunub. Yaralılar xəstəxanalara çatdırılıb, həyatları üçün heç bir təhlükə yoxdur.

Şahidlər ardıcıl açılan atəşlərdən sonra festival iştirakçıları arasında yaranan panika barədə danışıblar. Sosial şəbəkələrdə yayımlanan videolarda çoxsaylı atəş səsləri eşidilir, bundan sonra isə insanlar tədbir ərazisindən qaçışmağa başlayırlar.

Polis şübhəli şəxs və ya şəxslərin axtarışını aparır. Səlahiyyətlilər sakinləri istintaq hərəkətləri başa çatana qədər hadisə bölgəsindən uzaq durmağa çağırıb.

"Old West End" festivalı Tolidonun tarixi rayonunda keçirilən illik festivaldır. Tədbirin proqramına konsertlər, qastronomiya, yarmarkalar və ekskursiyalar daxildir.

Oxşar xəbərlər

ABŞ-də atışma baş verib, yaralananlar var
ABŞ-də atışma zamanı beş nəfər yaralanıb
ABŞ-də universitetdə atışma zamanı 5 nəfər ölüb, xəsarət alanlar var - YENİLƏNİB
ABŞ-da atışma nəticəsində 4 nəfər ölüb, onlarla insan yaralanıb
ABŞ-də ziyafətdə atışma nəticəsində iki nəfər ölüb, dörd nəfər yaralanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər