Müdafiə nazirinin müavinləri Qətərə səfər edib
- 21-04-2025, 14:30
- Siyasət / Daxili siyasət
- 0
- 923
Azərbaycan müdafiə nazirinin müavini, Baş direktor Aqil Qurbanov, müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə Qətərdə rəsmi səfərdə olublar.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əvvəlcə nümayəndə heyəti Al Udeid Aviabazasında Qətər Silahlı Qüvvələrinin Hərbi Aviasiya akademiyasını ziyarət edərək burada yaradılmış şərait və tədris prosesi ilə tanış olublar.
Daha sonra Qətər Dövlətinin baş nazirinin müavini və müdafiə işləri üzrə dövlət naziri Əlahəzrət Şeyx Saud bin Əbdülrəhman bin Həsən Əl-Tani Qətərdə səfərdə olan Baş direktor cənab A.Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb, hər iki dövlət arasında mövcud olan əməkdaşlığın vəziyyəti və inkişaf etdirilməsi imkanları müzakirə edilib.
Görüşdə HHQ-nin komandanı general-leytenant N.İslamzadə, eləcə də hər iki tərəfdən bir sıra yüksək rütbəli zabitlər və rəsmi şəxslər iştirak ediblər.
Daha sonra Qətərin "Barzan Holdings" şirkətində olan Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətinin holdinqin rəhbərliyi arasında keçirilən görüşdə hərbi texniki sahədə əməkdaşlığın perspektivlərindən danışılıb.



width="220" alt="Yaşar Gülər Azərbaycan müdafiə nazirinin müavini ilə görüşüb" />
width="220" alt="Azərbaycan və Qazaxıstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />