Hərbi vəzifəlilərlə praktiki məşğələlər keçirilir - VİDEO
sizinxeber.az xəbər saytı

Hərbi vəzifəlilərlə praktiki məşğələlər keçirilir - VİDEO


Müdafiə Nazirliyinin 2025-ci il üçün hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb.

Müdafiə Nazirliyindən Sizinxeber.az-ya verilən məlumata görə, proqrama uyğun olaraq, Hərbi Dəniz Qüvvələrinin hərbi hissələrindən birində toplanışa qatılmış heyətlə praktiki məşğələlər keçirilib.
İştirakçılara bölmələrimizin silahlamasında olan atıcı silahların natamam sökülüb-yığılması və istifadə qaydaları üzrə məşqlər təşkil olunub.
Növbəti mərhələdə hərbi vəzifəlilər atıcı silahlardan praktiki atışlar icra ediblər.
Təlim toplanışı zamanı, həmçinin ilkin tibbi yardımın göstərilməsi qaydaları öyrədilib, yaralıların ərazidən təxliyə edilməsi üsulları məşq etdirilib.
Azərbaycan Ordusunun silahlanmasında olan müasir silah və hərbi texnikaların taktiki-texniki xüsusiyyətlərinin, istifadə qaydalarının öyrədilməsi məqsədilə keçirilən toplanışda ehtiyatdan çağırılan hərbi vəzifəlilərin praktiki vərdişləri təkmilləşdirilir, bilik və bacarıqları inkişaf etdirilir, eləcə də yeni hərbi biliklər tədris edilir.

Oxşar xəbərlər

Hərbi vəzifəlilər atıcı silahlardan praktiki atışlar icra ediblər - VİDEO
MN: Toplanışa cəlb edilmiş heyətlə nəzəri və praktiki məşğələlər keçirilib
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir
Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər