Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir
sizinxeber.az xəbər saytı

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir


2025-ci ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir.

Bu barədə Sizinxeber.az-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, plana uyğun olaraq, hərbi vəzifəlilərin nizam-intizamını və mənəvi-psixoloji vəziyyətini artırmaq məqsədilə ictimai-siyasi hazırlıq məşğələləri keçirilib.

Məşğələlər tibb hazırlığı üzrə şəxsi heyətin maarifləndirilməsi və fəaliyyətlər zamanı ilkin tibbi yardımın düzgün və vaxtında göstərilməsi üçün praktiki məşqlərin yerinə yetirilməsi ilə davam edib.

Sonra təlimə cəlb olunan heyətlə atəş hazırlığı məşğələləri keçirilərək, onlara atıcı silahların və əl qumbaraatanlarının taktiki-texniki xüsusiyyətləri, istifadə qaydaları öyrədilib və praktiki atış çalışmaları icra edilib.

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışının əsas məqsədi ehtiyatdan çağırılanların bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi, praktiki vərdişlərinin təkmilləşdirilməsi sayəsində döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasıdır.

Oxşar xəbərlər

MN: Hərbi vəzifəlilər ilə keçirilən təlim toplanışı davam edir
Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO
Hərbi vəzifəlilər atıcı silahlardan praktiki atışlar icra ediblər - VİDEO
Hərbi vəzifəlilərin təlim toplanışı keçirilir - VİDEO
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin təlim toplanışı keçirilib - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle