Burkina-Fasonun nümayəndə heyəti WUF13-ü təcrübə mübadiləsi üçün mühüm platforma adlandırıb
sizinxeber.az xəbər saytı

Burkina-Fasonun nümayəndə heyəti WUF13-ü təcrübə mübadiləsi üçün mühüm platforma adlandırıb


Burkina-Fasonun nümayəndə heyəti Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını (WUF13) şəhər inkişafı sahəsində qabaqcıl beynəlxalq təcrübə və müasir praktikaların öyrənilməsi üçün əsas platforma kimi qiymətləndirir.

Bu barədə "Sizinxeber.az"a nümayəndə heyətinin üzvləri qlobal forumun kuluarlarında bildiriblər.

Onların fikrincə, WUF13-də iştirak Burkina-Faso üçün dünyanın müxtəlif ölkələrində uğurla tətbiq olunan müxtəlif şəhərsalma metodları ilə tanış olmağa, həmçinin yeni ideyaları milli inkişaf proqramlarına inteqrasiya etməyə imkan yaradır.

"Biz bu forumu gözləyirdik. Biz daha çox öyrənmək və toplanmış təcrübəni bölüşmək istəyirik. Bu, şəhər inkişafı sahəsində gündəliyimizi əhəmiyyətli dərəcədə zənginləşdirməyə imkan verəcək", - Burkina-Faso nümayəndə heyətinin üzvləri vurğulayıb.

Oxşar xəbərlər

Suriya WUF13-ə nümayəndə heyəti göndərəcək
Əfqanıstan nümayəndə heyəti WUF13-də iştirak etmək üçün Bakıya yola düşüb
Burkina-Faso özünün Atom Enerjisi Agentliyini yaradıb
KİV: Niger-Burkina Faso sərhədində 10 əsgər həlak olub
Səfir: Azərbaycanın "yaşıl enerji" üzrə təcrübəsi Burkina Faso üçün maraqlıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər