Birinci Qarabağ müharibəsində Kəlbəcərdə itkin düşən Möhübbət Mustafayevin qalıqları dəfn olunub - FOTO
Birinci Qarabağ müharibəsində Kəlbəcərdə itkin düşən şəhid Mustafayev Möhübbət Qənimət oğlunun qalıqları dəfn olunub.
Sizinxeber.az-nın Qarabağ bürosu xəbər verir ki, şəhidin nəşinin qalıqları Tərtərin Seyidimli kəndinin qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin doğmaları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak edib.
Şəhidin məzarı üzərində yaylım atəşi açılıb.
Qeyd edək ki, Mustafayev Möhübbət Qənimət oğlu Kəlbəcər rayonunun İstisu qəsəbəsində anadan olub. Milli ordu sıralarında Kəlbəcərin müdafiəsində iştirak edib. 1993-cü ildə Kəlbəcər rayonunun Bağırsaq kəndində itgin düşüb.
Onun nəşinin qalıqları itgin düşdüyü Bağırsaq kəndi ərazisində aşkar edilib və kimliyi müəyyən olunub.
Oxşar xəbərlər
Birinci Qarabağ müharibəsində şəhid olan Cahangir Səfərovun qalıqları Ağdamda dəfn edilib - FOTO - FOTO
Birinci Qarabağ müharibəsində şəhid olan Cahangir Səfərovun qalıqları Ağdamda dəfn edilib
Nəşinin qalıqları 32 il sonra Daşaltıda tapılan şəhid Salyanda dəfn edilib - FOTO
Birinci Qarabağ müharibəsində itkin düşmüş, 31 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Şəkidə dəfn olunub
Birinci Qarabağ müharibəsində itkin düşən şəhid İsmət Priyevin qalıqları dəfn olunub - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
