Birinci Qarabağ müharibəsində itkin düşən Elşən Tağıyevin nəşinin qalıqları Salyanda dəfn olunub - FOTO
Birinci Qarabağ müharibəsində itkin düşən Elşən Tağıyevin nəşinin qalıqları 30 il sonra İmişlidə naməlum əsgər məzarlığında aşkar edilərək doğulduğu Salyan rayonuna gətirilib.
Sizinxeber.az-nın Mil-Muğan bürosunun məlumatına görə, şəhidlə vida mərasimi keçirilib.
Vida mərasimində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, hərbi qulluqçular, rayon sakinləri və şəhidin doğmaları iştirak edib. Vida mərasimindən sonra şəhid Elşən Tağıyevin nəşinin qalıqları Salyan rayonunun Seyid Sadıqlı kəndinin qəbristanlığında dəfn edilib.
Qeyd edək ki, Salyan rayonunun Seyid Sadıqlı kəndində anadan olan 1971-ci il təvəllüdlü Tağıyev Elşən Qubad oğlu 1994-cü ildə Fizuli uğrunda gedən döyüşlərdə şəhid olub və naməlum əsgər kimi İmişli məzarlığında dəfn olunub.
Oxşar xəbərlər
Nəşinin qalıqları 32 il sonra Daşaltıda tapılan şəhid Salyanda dəfn edilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Birinci Qarabağ müharibəsində itkin düşən Hidayət Qarayevin qalıqları Şuşada dəfn olunub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Birinci Qarabağ müharibəsində Kəlbəcərdə itkin düşən Möhübbət Mustafayevin qalıqları dəfn olunub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Birinci Qarabağ müharibəsində itkin düşən şəhid İsmət Priyevin qalıqları dəfn olunub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Birinci Qarabağ müharibəsində itkin düşən şəhid İsmət Priyevin qalıqları dəfn olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













