Azərbaycan-İtaliya hərbi pilotlarının ekspert görüşü keçirilib
sizinxeber.az xəbər saytı

Azərbaycan-İtaliya hərbi pilotlarının ekspert görüşü keçirilib


Azərbaycan Hərbi Hava Qüvvələri ilə İtaliya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, hərbi pilotların təcrübə mübadiləsi çərçivəsində ekspert görüşü keçirilib.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, “Təkmil uçuş təlimi sahəsi üzrə ekspert görüşü” zamanı 4-cü və 5-ci nəsil döyüş təyyarələrinin pilotlarının təməl və təkmil səviyyəsində hazırlığı, eləcə də “Beynəlxalq təlim məktəbi” haqqında tərəflərin təqdimatları dinlənilib.

Görüşdə qarşılıqlı təcrübə mübadiləsi məqsədilə bu cür tədbirlərin keçirilməsinin əhəmiyyəti xüsusi qeyd edilib.

Oxşar xəbərlər

Azərbaycan-İtaliya hərbi pilotları arasında ekspert görüşü keçirilib
Azərbaycan və Serbiya nümayəndələri arasında ekspert görüşü keçirilib
Azərbaycan-İran hərbi əməkdaşlığı müzakirə edilib
Azərbaycan-Özbəkistan hərbi mütəxəssislərinin görüşü keçirilib
Bakıda Azərbaycan və Qazaxıstan hərbi qanunvericiliyi ilə bağlı müzakirə aparılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle