Azərbaycan və Serbiya nümayəndələri arasında ekspert görüşü keçirilib
Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında 2025-ci il üçün imzalanmış ikitərəfli əməkdaşlıq planına əsasən, iki ölkə nümayəndələrinin iştirakı ilə “44 günlük Vətən müharibəsi və Lokal xarakterli antiterror əməliyyatları” mövzusunda ekspert görüşü keçirilib.
Müdafiə Nazirliyindən Sizinxeber.az-ya verilən xəbərə görə, görüşdə Serbiyadan olan nümayəndə heyətinə “Ərazi bütövlüyünə aparan yol - 44 günlük Vətən müharibəsi”, “Vətən müharibəsindən sonra Azərbaycan Ordusunda həyata keçirilən islahatlar”, “Müdafiə strategiyası” və “Suverenliyi bərpa etmək üçün antiterror tədbirləri” mövzularında brifinqlər təqdim olunub.
Ekspert görüşü zamanı hərbi əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində qonaqlar Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olublar.
Burada təqdim olunan brifinqdə Serbiya nümayəndə heyətinə müasir standartlara uyğun avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilmiş komanda məntəqəsinin tarixi, fəaliyyət istiqaməti, qarşıda duran məqsəd və vəzifələri barədə məlumatlar verilib. Qonaqları maraqlandıran suallar cavablandırılıb.
Oxşar xəbərlər
Azərbaycan-Özbəkistan hərbi mütəxəssislərinin görüşü keçirilib
Azərbaycanda səfərdə olan Macarıstan hərbçiləri Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində olublar - VİDEO
Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilib
Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda səfərdədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
