DTX-də Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı qeyd olunub
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı qeyd olunub.
Bu barədə "Sizinxeber.az"a DTX-dən məlumat verilib.
Bildirilib ki, Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 106-cı ildönümü ilə əlaqədar aprelin 2-si Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildirərək, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Daha sonra Şəhidlər xiyabanında ölkənin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin və Azərbaycanın Milli Qəhrəmanları olan təhlükəsizlik orqanlarının mərhum əməkdaşlarının məzarları ziyarət olunub, Xidmətin adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) akt zalında Xidmətin şəxsi heyətinin və veteranlarının iştirakı ilə təşkil olunmuş tədbirdə öncə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi yad olunub və ardınca Dövlət Himni səsləndirilib.
DTX-nin rəisi general-polkovnik Əli Nağıyev çıxış edərək peşə bayramı münasibətilə şəxsi heyətə öz təbriklərini çatdırıb, yarandığı gündən bugünədək mürəkkəb yol keçmiş təhlükəsizlik orqanlarının inkişafında ömrünün 25 ilini bu mühüm təsisatda xidmətə həsr etmiş Ulu Öndər Heydər Əliyevin danılmaz rolundan ətraflı bəhs edib. Xidmət rəisi bildirib ki, DTX-nin əməkdaşları dahi rəhbərin bu orqanlarda əsasını qoyduğu peşəkarlıq məktəbini və vətənpərvərlik irsini bu gün də layiqincə davam etdirirlər.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təhlükəsizlik orqanlarına göstərdiyi xüsusi diqqət və əvəzsiz qayğıdan söhbət açan general-polkovnik Əli Nağıyev qeyd edib ki, məhz bu diqqət və qayğının nəticəsində DTX-nin fəaliyyətini müasir çağırışlara uyğun şəkildə qurmaq mümkün olur, Xidmətin maddi-texniki təminatı, əməkdaşların iş şəraiti və sosial vəziyyəti gündən-günə yüksəlir.
Xidmət rəisi ötən il ərzində də təhlükəsizliyin etibarlı təmin olunması baxımından DTX-nin səmərəli fəaliyyət göstərdiyini, xarici və daxili təhdidlərin qarşısının alınması istiqamətində vacib işlərin görüldüyünü, xüsusən dövlətə xəyanət, casusluq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsdə hazırlıq cinayətləri ilə mübarizədə əhəmiyyətli nəticələrin əldə edildiyini vurğulayıb.
Ötən dövrdə bəzi destruktiv qüvvələr tərəfindən pozuculuq fəaliyyətinin həyata keçirilməsinə cəhdlərin edildiyini qeyd edən general-polkovnik Əli Nağıyev ölkənin təhlükəsizliyinə yönələn halların qarşısının qətiyyətlə alınacağını bildirib.
Çıxışının sonunda Əli Nağıyev Ali Baş Komandan İlham Əliyev tərəfindən DTX-nin şəxsi heyətinə göstərilən etimadın və etibarın bundan sonra da doğruldulacağına, təhlükəsizliyin qorunması naminə əməkdaşların daim böyük səy və əzmlə çalışacaqlarına dərin inamını ifadə edib.
Tədbirdə çıxış edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev DTX-nin əməkdaşlarını və veteranlarını Azərbaycan təhlükəsizlik orqanlarının yaranması günü və peşə bayramı münasibətilə təbrik edib, Azərbaycan xüsusi xidmət orqanlarının qarşısında duran vəzifələrin bundan sonra da uğurla yerinə yetiriləcəyinə, DTX-nin təhlükəsizliyin qorunması işinə davamlı olaraq önəmli töhfələr verəcəyinə, ölkə başçısının rəhbərliyi ilə Xidmətin gələcəkdə də yeni-yeni nailiyyətlər qazanacağına əmin olduğunu deyib.
Çıxışlar bitdikdən sonra DTX-nin bir qrup əməkdaşının ali hərbi rütbələrə, müxtəlif orden və medallara layiq görülməsi ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı Sərəncamlar elan olunub, DTX-nin müvafiq əmrləri ilə bir sıra əməkdaşlar mükafatlarla təltif ediblər.
Tədbir rəsmi hissədən sonra DTX-nin Mədəniyyət Mərkəzində mədəni proqramdan ibarət bədii hissə ilə davam edib.


width="220" alt="Türkiyə Ali Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib" />
width="220" alt="SOCAR-ın kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib" />
width="220" alt="Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />