Azərbaycanla Türkiyə arasında "Sıfır Tullantı" konsepsiyası çərçivəsində fikir mübadiləsi aparılıb
sizinxeber.az xəbər saytı

Azərbaycanla Türkiyə arasında "Sıfır Tullantı" konsepsiyası çərçivəsində fikir mübadiləsi aparılıb


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əziz Şərifov İstanbulda keçirilən "Sıfır Tullantı Forumu 2026" çərçivəsində "Məhsul yığımından sonrakı itkilərin azaldılması – Qida təchizat zəncirində səmərəliliyin artırılması" mövzusunda keçirilən tədbirdə iştirak edib.

Agentlikdən "Report"a verilən məlumata görə, AQTA sədrinin müavini tədbir çərçivəsində Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Ahmet Gümen ilə görüşüb.

Görüş zamanı "Sıfır Tullantı" konsepsiyası çərçivəsində fikir mübadiləsi aparılıb, qida itkiləri və israfının azaldılması istiqamətində Azərbaycanda həyata keçirilən tədbirlər barədə məlumat verilib.

Tərəflər qida təhlükəsizliyinin təmin edilməsi, heyvan və bitki sağlamlığının qorunması, eləcə də qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsi sahəsində əməkdaşlığın uğurla davam etdiyini qeyd ediblər. Qida təhlükəsizliyi nəzarətinə aid məhsullar üzrə iki ölkə arasında ticarət dövriyyəsində müşahidə olunan müsbət dinamika və bu istiqamətdə perspektivdə görüləcək işlər müzakirə olunub.

Görüşdə heyvan mənşəli qida məhsullarının ixrac prosedurlarının sadələşdirilməsi, Azərbaycanda istehsal olunan süd və balıq məhsullarının, həmçinin sümük ununun Türkiyə bazarına ixracı ilə bağlı görülən işlər nəzərdən keçirilib. Bu məhsulların ixrac prosesinin sürətləndirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olunub.

Eyni zamanda, iri və xırdabuynuzlu heyvanların identifikasiyası sahəsində fikir mübadiləsi aparılıb. Naxçıvan Muxtar Respublikasının əlverişli coğrafi mövqeyi və logistik imkanlarının regionun ixrac potensialının artırılmasında rolu da müzakirə mövzularından biri olub.

Görüşün sonunda qarşılıqlı əməkdaşlığın bundan sonra da intensiv şəkildə davam etdirilməsinin vacibliyi vurğulanıb.

Oxşar xəbərlər

Məcnun Məmmədov: "Ərzaq itkilərinin azaldılması ilə bağlı kompleks tədbirlər görülür"
AQTA: Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni dövlət proqramı hazırlanır
Azərbaycanla Gürcüstan arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq müzakirə olunub
AQTA: Çinə məhsul ixracı üçün qida təhlükəsizliyini idarəetmə sistemləri hazırlanıb
Bu il qida zəhərlənmələri ilə bağlı AQTA-ya 238 müraciət daxil olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər