Şəhid hərbi pilot Famil Məmmədlinin xatirəsi yad edilib
İkinci Fəxri Xiyabanda Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi pilotu şəhid polkovnik-leytenant Məmmədli Famil Elman oğlunun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Müdafiə Nazirliyindən “Report”a verilən məlumata görə, HHQ-nin bir qrup hərbi qulluqçusunun, şəhidin ailə üzvlərinin, həmçinin ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi tədbirdə hərbi pilotun məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülərək xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Mərasimdə çıxış edənlər şəhidimizin xatirəsinin hər zaman xalqımızın yaddaşında yaşayacağını və qürurla anılacağını qətiyyətlə vurğulayıblar.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Oxşar xəbərlər
Şəhid hərbi pilot Əbu Bəkr İsmayılovun xatirəsi yad edilib
Şəhid hərbi pilot Rəşad Atakişiyevin xatirəsi yad edilib
Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
Rəşad Atakişiyevin anım mərasimi keçirilib - FOTO
Şəhidlərin xatirəsi anılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













