Yeni hərbi nizamnamələrin hazırlanması üzrə işçi qrupun iclası keçirilib
sizinxeber.az xəbər saytı

Yeni hərbi nizamnamələrin hazırlanması üzrə işçi qrupun iclası keçirilib


Yeni hərbi nizamnamələrin hazırlanması üzrə tədbirlər davam etdirilir.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmrinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam, Qarnizon və Qarovul Xidmətləri, habelə Daxili Xidmət nizamnamələrinin yeni layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun martın 7-də növbəti görüşü keçirilib.

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərliyi ilə keçirilən görüşdə Silahlı Qüvvələrin aidiyyəti qurumlarının məsul vəzifəli şəxsləri iştirak edib.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrdə aparılan uğurlu islahatlar, qazanılan nailiyyətlər və tətbiq edilən yeniliklər nəzərə alınmaqla yeni hərbi nizamnamələrin hazırlanmasına dair geniş fikir mübadiləsi aparılıb.
Hərbi nizamnamələrin hazırlanmasında müasir dövrün tələbləri, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsi nəzərə alınaraq perspektiv planlar müzakirə olunub.

Oxşar xəbərlər

Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib
Azərbaycan və Qazaxıstan Baş Qərargah rəisləri görüşüb
Azərbaycanın Baş Qərargah rəisi Brüsseldə görüşlər keçirib
Türkiyənin hərbi rəhbərliyi Bakıda səfərdədir - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər