Türkiyənin hərbi rəhbərliyi Bakıda səfərdədir - VİDEO
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak, Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Ercüment Tatlıoğlu, Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu və Hərbi Hava Qüvvələri komandanı ordu generalı Ziya Cemal Kadıoğlu "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Bakıya gəlib.
Sizinxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Türkiyəli qonaqları Heydər Əliyev Beynəlxalq Aeroportunda müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Nazirliyin digər rəhbər heyəti qarşılayıb.
Türkiyə nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində keçiriləcək görüşlərdə Azərbaycanın qardaş ölkə ilə hərbi əməkdaşlığının perspektiv imkanlarının daha da genişləndirilməsinə dair müzakirələrin aparılması nəzərdə tutulub.
Oxşar xəbərlər
Türkiyənin Baş Qərargah rəisi Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanını qəbul edib - YENİLƏNİB
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişləndirilir
Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib
Türkiyənin Baş Qərargah rəisi Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanını qəbul edib
Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyanın müdafiə naziri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
