Hikmət Mirzəyev Türkiyənin Silahlı Qüvvələrinin Baş qərargah rəisi ilə görüşüb
sizinxeber.az xəbər saytı

Hikmət Mirzəyev Türkiyənin Silahlı Qüvvələrinin Baş qərargah rəisi ilə görüşüb


Türkiyədə səfərdə olan Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev bu ölkənin Silahlı Qüvvələrinin Baş qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüb.

Müdafiə Nazirliyindən Sizinxeber.az-ya verilən məlumata görə, ordu generalı Metin Gürak görüşdə Azərbaycan-Türkiyə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin hərbi əməkdaşlığımızın inkişafına göstərdiyi müsbət təsiri xüsusi qeyd edib, icra olunan birgə fəaliyyətlərin bundan sonra da genişləndiriləcəyinə əmin olduğunu bildirib.

Göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlıq bildirən müdafiə nazirinin müavini səfər çərçivəsində keçirdiyi görüşlərlə bağlı xoş təəssüratlarını çatdırıb.

Görüşdə tərəflər hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran mövzulara dair geniş fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər

Azərbaycanın Baş Qərargah rəisi Brüsseldə görüşlər keçirib
Türkiyənin hərbi rəhbərliyi Bakıda səfərdədir - VİDEO
Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb, əməkdaşlığa dair müqavilələr imzalanıb - VİDEO
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşüb - FOTO
Türkiyənin Baş Qərargah rəisi Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanını qəbul edib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər