Azərbaycan və İsrail arasında müdafiə sənayesi sahəsində Strateji Anlaşma Memorandumu imzalanıb
sizinxeber.az xəbər saytı

Azərbaycan və İsrail arasında müdafiə sənayesi sahəsində Strateji Anlaşma Memorandumu imzalanıb


İsrail və Azərbaycan arasında müdafiə sənayesi sahəsində də əməkdaşlıq inkişaf etməkdə davam edir.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik özünün “X” hesabında yazıb.

O bildirib ki, “AS Holdings” və onun törəmə şirkəti, NATO standartlarına uyğun yüngül silahların istehsalı və inkişafı üzrə ixtisaslaşmış beynəlxalq miqyaslı “Ari Arms” şirkəti bu gün Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Azərsilah” dövlət şirkəti ilə Strateji Anlaşma Memorandumu (MOU) imzalayıb:

“Bu əvəzolunmaz tərəfdaşlıq ölkələri daha da yaxınlaşdırır, müstəqillik və milli təhlükəsizliyi gücləndirmək üçün birgə inkişafa və birgə səylərə kömək edir. İmzalanma mərasimində müxtəlif nazirliklərin, idarələrin nümayəndələri, rəsmi şəxslər iştirak ediblər”.

Oxşar xəbərlər

4SIM “Binance”la Anlaşma Memorandumu imzalayıb
“Türkmengaz” və ADNOC “Qalkınış” yatağının işlənməsi üzrə anlaşma memorandumu imzalayıb
Azərbaycan və Millətlər Birliyi arasında iqlim dəyişikliyi üzrə bəyannamə imzalanıb
ETX və AİKTSA arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycan Atıcılıq Federasiyası Anlaşma Memorandumu imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle