Azərbaycan yeni zirehli texnika istehsal edib
Azərbaycan İTX-20 H istehsal edib.
APA xəbər verir ki, texnika ilk dəfə bu il Bakıda keçirilən “ADEX-2024” Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilir.
İTX-20 H MRAP sinfi şəxsi heyətin daşınması üçün nəzərdə tutulub. Çəkisi 19, 5 ton olan nəqliyyat vasitəsi zirehlə təchiz olunub. Eyni zamanda, nəqliyyat vasitəsi atış qülləsi ilə təmin olunub. Şəxsi heyətə daha tez dəstək olmasına və təhlükəsiz çatmasını təmin edir. Qeyd edək ki, texnika tank əleyhinə minalara, pulemyot atəşinə tam dözümlüdür.
"Improtex Group" MMC-nin minatəmizləmə layihəsi üzrə meneceri Fərid Abdullayev jurnalistlərə açıqlamasında deyib ki, hərbi təyinatlı zirehli nəqliyyat vasitələrinin sifarişçiləri arasında Cənubi Asiya və Cənubi Amerika regionunda yerləşən ölkələr var.
O bildirib ki, şirkətin öncüllüyü ilk növbədə, daxili ehtiyacların ödənilməsidir:
"İstehsalçısı olduğumuz "ITX" markalı bu zirehli nəqliyyat vasitələri ilk növbədə 3-4 aylıq testlərə cəlb olunmalıdır. Bizim ixraca da böyük marağımız var. Çünki müdafiə sənayesi özü özlüyündə iqtisadiyyatın mühüm bir hissəsidir. Türkiyədə bu, inkişaf etmiş və böyük ixrac potensialı olan bir sahədir. Biz inanırıq ki, Azərbaycanda gündən günə, aydan aya inkişaf edəcək".
Emin Şirvanzadə
Fərid Azəri
Oxşar xəbərlər
Azərbaycan 3 adda yeni pulemyot istehsal edib
Fransanın Ukraynada PUA və texnika üçün istehsal etdiyi avadanlıqların 30%-i Ermənistana ayrılır
Azərbaycanda uzaqdan idarə olunan minatəmizləmə maşınlarının istehsalı artıb - FOTO
ADSEA: Xüsusi texnika və nəqliyyat vasitələri tam gücü ilə "Formula 1"ə hazırdır - VİDEO
Polşa Rusiya ilə sərhədə zirehli texnika və dronlar yerləşdirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













