Yaşar Gülər: Azərbaycan Ordusu Qafqazın sabitliyi üçün əvəzsiz qüvvə olduğunu sübut edib
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüşüb.
APA nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, Ankarada gerçəkləşən görüş zamanı Yaşar Gülər Azərbaycanın bütövlüyü, təhlükəsizliyi və əmin-amanlığı uğrunda böyük şücaət, qəhrəmanlıq və fədakarlıq göstərən şəhid ailələrinə başsağlığı verib.
“Azərbaycan əcdadlarımıza və tariximizə yaraşan şəkildə öz torpaqlarına sahib çıxıb. Türk milləti min illik şanlı tarixi boyunca özünün milli dəyərləri uğrunda hər cür fədakarlıq göstərmiş, hətta lazım gəldikdə canını belə fəda etmişdir. Azərbaycan türkləri də ürəklərində qanayan yara olan Qarabağın azadlığı üçün ata-babalarımıza yaraşaraq vətənini, haqqını və öz torpaqlarını qoruyub saxlayıblar”, – o əlavə edib.
Nazir Azərbaycan Ordusunun şanlı və silinməz tarix yazdığını vurğulayıb: “Onlar özlərinin döyüş qabiliyyəti ilə Qafqaz regionunun sabitliyi və təhlükəsizliyi üçün əvəzsiz qüvvə olduğunu sübut ediblər”.
Yaşar Gülər Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə də toxunub: “Azərbaycan və Türkiyə tarixi, mədəni bağlarla bir-birinə bağlanan iki dövlət bir millətdir. Azərbaycanın gücü bizim gücümüz, Türkiyənin gücü Azərbaycanın gücüdür. Biz Türkiyə olaraq hər zaman Azərbaycanın yanında olmuşuq və bundan sonra da belə olacağıq”.
Oxşar xəbərlər
Yaşar Güler: İranla İsrail arasında baş verə biləcək açıq qarşıdurma bütün bölgə üçün böyük təhlükədir
Azərbaycanda meymunçiçəyinin diaqnostikası və müalicəsi üçün bütün imkanlar var - RƏSMİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
"Fars": Qrossi İran-ABŞ danışıqlarında iştirak etmir
-
DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar
