Sizinxeber.az » Müharibə » Hərbi » Hərbi xidməti başa vuran sərhədçi əsgərlər Silahlı Qüvvələrin ehtiyatına buraxılıb

Hərbi xidməti başa vuran sərhədçi əsgərlər Silahlı Qüvvələrin ehtiyatına buraxılıb

Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində dövlət sərhədinin mühafizəsi və müdafiəsi tapşırıqlarının icrası zamanı fərqlənmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları Silahlı Qüvvələrin ehtiyatına buraxılıb.

Bu barədə "Report"a DSX-dan məlumat verilib.

Bildirilib ki, tədbirlərdə hərbi hissənin Döyüş bayrağı sıra meydanına gətirildikdən sonra Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlar zamanı sərhədçilərin Hərbi Anda sadiq qalaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Dövlət Sərhəd Xidməti qarşısında qoyduğu tapşırıqları böyük məsuliyyətlə yerinə yetirdikləri, xidmət dövründə nizam-intizamlı olduqları və dövlət sərhədində xidmət aparmaqdan qürur duyduqları xüsusi vurğulanıb.

Hərbi qulluqçulara Vətənə şərəfli xidmətlərinə görə təşəkkür edilib, gələcəkdə onların cəmiyyətimizə layiqli vətəndaş olmaları arzulanıb.

Ehtiyata buraxılan hərbi qulluqçular xidmət dövründə qazandıqları müsbət vərdiş və keyfiyyətlərə görə minnətdarlıqlarını bildirilib.

Tərbidlərin sonunda xatirə fotoşəkli çəkilmiş və hərbi qulluqçular təntənəli şəkildə yola salınıb.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !