Hərbi prokuror bayram günləri sərhədlərdə olub
sizinxeber.az xəbər saytı

Hərbi prokuror bayram günləri sərhədlərdə olub


Baş prokurorun müavini - hərbi prokuror ədliyyə polkovniki Bəhruz Əhmədov müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyevlə birlikdə Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxslərinin və Müdafiə Nazirliyinin yüksəkrütbəli hərbi qulluqçularının iştirakı ilə dövlət sərhədlərində qulluq edən hərbi qulluqçularla görüşüblər.

Bu barədə "Sizinxeber.az"a Hərbi Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Müxtəlif hərbi hissələrdə birgə keçirilən tədbirlərdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Dövlət Himni səsləndirilib, Baş Prokurorluğun rəhbərliyinin təbriki şəxsi heyətə çatdırılıb.

Çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrin formalaşdırılmasından danışıblar.

Hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici çıxışlar edilib, onları maraqlandıran suallar cavablandırılıb. Eləcə də, hərbçilərin məişət və xidmət şəraiti, həmçinin qayğı və problemləri ilə bağlı fikirləri dinlənilib.

Xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunub.

Oxşar xəbərlər

Hərbi prokuror hərbi qulluqçularla görüşüb
Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Zəngilanda birgə tədbir keçirib
Hərbi Prokurorluq DSX ilə birgə tədbir keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər