Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik səyyah qrupunun Cəbrayıla səfəri başlayıb
sizinxeber.az xəbər saytı

Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik səyyah qrupunun Cəbrayıla səfəri başlayıb


Belçika vətəndaşı Yves Bouvienin başçılıq etdiyi Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik səyyah qrupunn Cəbrayıl rayonuna səfəri başlayıb.

Sizinxeber.az xəbər verir ki, beynəlxalq səyyahlar rayonun Xudafərin kəndi ərazisində yerləşən eyniadlı tarixi Xudafərin körpüsü ərazinə gəliblər. Beynəlxalq səyyahlara tarixi abidə haqqında ətraflı məlumat verilib. Qrup üzvləri abidə ətrafında xatirə şəkilləri çəkdiriblər.

Qeyd edək ki, səyyahların Füzuli rayonuna da səfəri planlaşdırılır. Həmçinin onlar Füzuli ərazisində aşkarlanan mina və partlamamış döyüş sursatlarının parlayış yolu ilə zərərsizləşdirilməsi prossesini izləyəcəklər.

Dünyanın əsas beynəlxalq səyahətçilər klublarının 2020-2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzura 11 dəfə səfəri təşkil olunub. Bu səfərlərdə, ümumilikdə, 50-dən artıq ölkədən 400 nəfərdən çox məşhur beynəlxalq səyahətçi iştirak edib.

Oxşar xəbərlər

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb
Xarici səyyahlar Şuşaya gəliblər - YENİLƏNİB
Xarici səyyahlar Şuşaya gəliblər - YENİLƏNİB - FOTO
“Piki Reels” klubunun 33 nəfərlik səyyah heyəti Laçın rayonunasəfəredib - FOTOLENT
Xarici səyyahlar Şuşaya səfər ediblər - YENİLƏNİB 1 - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər