TDT-yə üzv dövlətlər turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıb
sizinxeber.az xəbər saytı

TDT-yə üzv dövlətlər turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıb


“Türk Dövlətləri Təşkilatının üzv dövlətləri arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanma mərasimi keçirilib.

“Report” Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, Anlaşma Memorandumu iyulun 8-9-da Azərbaycan nümayəndə heyətinin Türkiyənin Ankara şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) üzv dövlətlərinin Turizm nazirlərinin 10-cu toplantısında və işçi qrupun 20-ci görüşündə iştirakı zamanı baş tutub.

Toplantıda çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev təşkilatla turizm sahəsi üzrə əməkdaşlığın gücləndirilməsi istiqamətində atılan intensiv addımlar, Azərbaycanın ev sahibliyi etdiyi TDT iclas, konfrans və görüşləri haqqında ətraflı məlumat verib.

Oxşar xəbərlər

Azərbaycan nümayəndə heyəti TDT Turizm nazirlərinin toplantısında təmsil olunub - YENİLƏNİB
Azərbaycan Ərzurumda İƏT-in Turizm nazirlərinin 6-cı iclasında iştirak edib
Ankarada TDT mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
Azərbaycan və Qazaxıstanın turizm assosiasiyaları arasında Əməkdaşlıq Memorandumu imzalanıb
Azərbaycan Albaniya ilə turizm əməkdaşlığına dair Anlaşma Memorandumu imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər