Azərbaycan mehmanxanalarının gəlirləri 9 %-dən çox artıb
Bu ilin I yarısında Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 % artaraq 290 milyon manat olub.
"Sizinxeber.az" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bunun 60,4 %-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,5 %-i ictimai iaşə xidmətlərindən, 3,2 %i müalicə və sağlamlıq xidmətlərindən, 8,9 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
Yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 21,4 % təşkil edib (2024-cü ilin eyni dövründə 21,1 %). Bu göstərici Şabranda 51,5 %, Naftalanda 40,2 %, Bakıda 34,1 %, Qusarda 31,6 %, Sabirabadda 27,4 %, Qəbələdə 22,1 %, Bərdədə 19,5 %, Lənkəranda 17,9 %, Şamaxıda 17,4 %, Qubada 17,1 %, Biləsuvarda 16,3 %, Beyləqanda 16 %, Ağstafada 15,8 %, digər şəhər və rayonlarda isə 15,8 %-dən aşağı olub.
Oxşar xəbərlər
Azərbaycan mehmanxanalarının gəlirləri 42 % artıb
Azərbaycanda mehmanxanaların gəlirləri 42% artıb
Azərbaycanda hotellərin gəliri 27% artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
-
Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb
