Azərbaycanda hotellərin gəliri 27% artıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda hotellərin gəliri 27% artıb


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 26,7% artaraq 468,5 milyon manat olub.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bunun 62,5%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 26,7%-i ictimai iaşə xidmətlərindən, 2,9%-i müalicə və sağlamlıq xidmətlərindən, 7,9%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Doqquz ayda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 24,8% səviyyəsində olub (2023-cü ilin yanvar-sentyabr aylarında 20,8%). Bu göstərici Şabranda 63,2%, Naftalanda 45,3%, Bakıda 39,7%, Qusarda 26,6%, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.

Oxşar xəbərlər

Azərbaycanda mehmanxanaların gəlirləri 27% artıb
Azərbaycan hotellərinin gəlirləri 27 % artıb
Azərbaycanda hotellərdə gecələmələrin sayı 25%-dən çox artıb
Azərbaycanda mehmanxanalarda gecələmələrin sayı 36% artıb
Azərbaycan mehmanxanalarında gecələmələrin sayı 25 % artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər