Azərbaycan Voleybol Federasiyası APA-nı təltif edib - FOTO
sizinxeber.az xəbər saytı

Azərbaycan Voleybol Federasiyası APA-nı təltif edib - FOTO


Azərbaycan Voleybol Federasiyası (AVF) Milli Mətbuatın 150 illiyi və 22 İyul — Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələri ilə görüş keçirib.

Apasport.az xəbər verir ki, tədbirdə AVF prezidenti Şahin Bağırov, vitse-prezident Faiq Qarayev, baş katib Faiq Orucov və müxtəlif media qurumlarının əməkdaşları iştirak ediblər.

Görüşdə çıxış edən Şahin Bağırov media nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib, onların voleybolun təbliğində və idman yarışlarının işıqlandırılmasında gördükləri işləri yüksək qiymətləndirib: “Yerli yarışların və idmançılarımızın uğurlarının beynəlxalq arenada tanıdılmasında medianın rolu çox böyükdür. Federasiya olaraq əsas hədəfimiz voleybolun kütləviliyini artırmaq və gənc istedadları yetişdirməkdir. Bu yolda media ilə əməkdaşlığımız mühüm əhəmiyyət daşıyır”.

AVF vitse-prezidenti Faiq Qarayev də KİV əməkdaşlarını təbrik edərək onlara uğurlar arzulayıb.

Tədbir çərçivəsində Azərbaycan voleyboluna göstərdiyi töhfələrə, verdiyi dəstəyə görə Sizinxeber.az İnformasiya Agentliyi təşəkkürnamə ilə təltif olunub. Təşəkkürnaməni Apasport.az saytının baş redaktoru Rasim Sultanzadə qəbul edib.

Görüşün sonunda AVF-nin son bir ildəki fəaliyyətini və nailiyyətlərini əks etdirən videoçarx nümayiş olunub.

Oxşar xəbərlər

Azərbaycan Voleybol Federasiyası "Report"u təltif edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Voleybol Federasiyası illik hesabat verəcək, millinin baş məşqçisi təqdim ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paytaxtda media nümayəndələri ilə görüş keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şahin Mustafayev Beynəlxalq Olimpiya Komitəsinin üzvü ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı Şəhəri üzrə Təhsil İdarəsi media nümayəndələri ilə görüş təşkil edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər