Azərbaycan Voleybol Federasiyası "Report"u təltif edib
sizinxeber.az xəbər saytı

Azərbaycan Voleybol Federasiyası "Report"u təltif edib


Azərbaycan Voleybol Federasiyası (AVF) 22 İyul — Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün təşkil etdiyi görüşdə "Sizinxeber.az" İnformasiya Agentliyini təltif edib.

"Sizinxeber.az" xəbər verir ki, AVF prezidenti Şahin Bağırov aktiv fəaliyyət göstərən media qurumlarını fərqləndirilib.

Xüsusi hədiyyə və təşəkkürnaməni "Sizinxeber.az"un idman şöbəsinin əməkdaşı Hidayət Qurbanova Ş.Bağırov təqdim edib.

AVF prezidenti media nümayəndələrini özəl gün münasibəti ilə təbrik edib, onların il ərzində gördükləri işləri yüksək qiymətləndirib:

"Bizim bir sıra idman tədbirlərində media mənsubları ilə görüşlərimiz olur. Lakin budəfəki görüşün formatı fərqlidir. Jurnalistlər Azərbaycan Voleybol Federasiyasının və digər idman qurumlarının tədbirlərini yüksək səviyyədə işıqlandırırlar. Keçirilən yarışların beynəlxalq arenaya çatdırılmasında medianın böyük rolu var. Bütün media nümayəndələrinin bayramı mübarək olsun".

AVF-nin vitse-prezidenti Faiq Qarayev də öz növbəsində media işçilərini təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.Ardınca AVF-nin ötən 1 il ərzindəki uğurlu işlərini əks etdirən videoçarx nümayiş olunub.

Oxşar xəbərlər

Azərbaycan Voleybol Federasiyası illik hesabat verəcək, millinin baş məşqçisi təqdim ediləcək
Azərbaycan Voleybol Federasiyasının nümayəndələri “İstanbul Bakı” idman klubunda olublar
FHN-in kişilərdən ibarət voleybol komandası yarışın çempionu olub
Şahin Bağırov: "Voleybol çempionatı uğurlu keçdi"
Azərbaycan Karate Federasiyası "Report" İnformasiya Agentliyini mükafatlandırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər