Bakı Şəhəri üzrə Təhsil İdarəsi media nümayəndələri ilə görüş təşkil edib
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən Azərbaycan milli mətbuatının 150 illik yubileyi və 22 İyul-Millli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirilib.
Sizinxeber.az xəbər verir ki, tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, Elm və Təhsil Nazirliyi, MÜTDA və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri və KİV nümyəndələri iştirak ediblər.
N. Hüseynova Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə jurnalistləri təbrik edib, paytaxtın təhsil həyatında baş verən yeniliklərin işıqlandırılmasında verdikləri dəstəyə görə təşəkkürlərini bildirib. “Əkinçi”də əsası qoyulan maarifçilik ideyalarının bu gün Azərbaycan mediası tərəfindən uğurla davam etdirildiyini deyən N.Hüseynova təhsildən yazan, məktəb təəssübkeşi olan qələm adamları ilə görüşdən məmnun olduğunu söyləyib, səmərəli əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib.
Oxşar xəbərlər
Paytaxtda media nümayəndələri ilə görüş keçirilib
BŞTİ-də yeni kadr təyinatı olub
Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib
BŞTİ-nin tabeliyindəki məktəblər üzrə 513 mindən artıq şagird təhsil alacaq
Bakı məktəblərini 80 mindən çox şagird bitirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












