"Naxçıvan"ın baş məşqçisi: "Basketbolçularımız möhtəşəm oyun nümayiş etdirdilər"
Basketbolçularımız möhtəşəm oyun nümayiş etdirdilər.
"Sizinxeber.az"un məlumatına görə, bunu "Naxçıvan"ın baş məşqçisi Murat Dikmen "Sabah"a qarşı Azərbaycan Basketbol Liqasının X turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Türkiyəli mütəxəssis qalib gəldikləri görüş barədə danışıb:
"Oyunçularımı qələbə münasibəti ilə təbrik edirəm. Möhtəşəm oyun nümayiş etdirdilər. Ehtiyatda olan qarşılaşmada qalib gələ bilsək, turnir cədvəlində liderliyə yüksələcəyik. "Sabah"la matça yaxşı hazırlaşmışdıq. Əvvəlki görüşdə təəssüf ki, son saniyə atışı ilə hesabda geriyə düşmüşdük. Etdiyimiz üç atış da uğursuz olduğu üçün uduzmuşduq. Amma bu gün üç oyunçumuz revanş əla xarakter göstərdilər. "Naxçıvan" komandası çempionata rəng qatır. Çünki yaxşı və mübarizəli basketbol oynayırıq. Mövsümün sonunda çempionatda və ölkə kubokunda uğur qazanmaq istəyirik".
Qeyd edək ki, "Sabah" - "Naxçıvan" qarşılaşması ikincilərin 80:75 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
"Naxçıvan"ın baş məşqçisi: "Bugünkü qələbə məni xoşbəxt etmədi"
"Naxçıvan"ın baş məşqçisi: "Rəqibimiz bu gün bizi yaxşı təhlil etmişdi"
"Abşeron"un baş məşqçisi: "Neftçi" ilə oyuna çox yaxşı hazırlaşmışdıq"
"Abşeron"un baş məşqçisi: "Təəssüf ki, bugünkü məğlubiyyət çox acı idi"
"Naxçıvan"ın baş məşqçisi: "Neftçi"nin uğur qazanmasına imkan vermədik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











