"Abşeron"un baş məşqçisi: "Təəssüf ki, bugünkü məğlubiyyət çox acı idi"
Təəssüf ki, bugünkü məğlubiyyət çox acı idi.
"Sizinxeber.az"un məlumatına görə, bunu "Abşeron" klubunun baş məşqçisi Erhan Toker "Naxçıvan"a qarşı Azərbaycan Basketbol Liqasının IV turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Türkiyəli mütəxəssis məğlub olduqları görüş barədə danışıb:
"Oyun üslubumuzu inkişaf etdirmişik. İlk dövrələrdə bunu sübut etdik. Yaxşı oyun sərgilədik. Rəqib komanda sərt oynamağa başlayanda biz öz oyun üslubumuzu itirdik. Çünki görüşün baş hakimi qayda pozuntuları zamanı matçı saxlamırdı. Təəssüf ki, bugünkü məğlubiyyət çox acı idi. Qalib gələ biləcəyimiz qarşılaşmanı uduzduq. Bəzi legioner oyunçularımızın yetəri qədər təcrübəsi yoxdur. Bu isə biz məşqçilərin işidir. Onları inkişaf etdirmək və lazımı səviyyəyə çatdırmalıyıq. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm".
Qeyd edək ki, "Abşeron" - "Naxçıvan" qarşılaşması ikincilərin 72:68 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
"Naxçıvan"ın baş məşqçisi: "Rəqibimiz bu gün bizi yaxşı təhlil etmişdi"
"Naxçıvan"ın baş məşqçisi: "Bugünkü qələbə məni xoşbəxt etmədi"
NTD klubunun baş məşqçisi: "Qalib gəlsəydik, hər şeydən razı qalardım"
Fernandu Santuş: Slovakiyanı əks-hücumlarda yaxalamaq istəyirdik
"Sumqayıt"ın baş məşqçisi: "Məğlubiyyət qələbəyə doğru addımdır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: "İran hökuməti xalqın səsini eşitməyə və islahatlar keçirməyə hazırdır"
-
İranda etirazlar davam edir: Kinorejissor və general öldürüldülər
-
İran polisi Luristanda iğtişaşların 100-dən çox iştirakçısını saxlayıb
-
İranda 60 saatdan çoxdur ki, internet yoxdur
-
Rza Pəhləvi İrandakı etirazlar fonunda beynəlxalq dəstəyin tezliklə çatacağını bildirib
-
KİV: İrandakı etirazlarda ölənlərin sayı 544-ə çatıb












