AVF-nin Bakıda məşqçi-müəllimlər üçün təşkil etdiyi növbəti kurs başa çatıb
sizinxeber.az xəbər saytı

AVF-nin Bakıda məşqçi-müəllimlər üçün təşkil etdiyi növbəti kurs başa çatıb


Azərbaycan Voleybol Federasiyasının (AVF) Bakıda məşqçi-müəllimlər üçün təşkil etdiyi növbəti kurs başa çatıb.

Federasiyadan "Report"a verilən məlumata görə, AVF-nin “1-ci dərəcə” məşqçi kursunda Bakı RVK-nın tərkibinə daxil olan şəhər və rayonlardan 15 məşqçi-müəllim iştirak edib.

Dərslər AVF-nin Təlim və aşağı yaş qruplarının rəhbəri Cengiz Akarçeşme tərəfindən keçirilib.

Kursun sonuncu günündə iştirakçılar nəzəri və praktiki imtahan veriblər. Hər iki imtahanı uğurla keçənlərə AVF-nin “1-ci dərəcə” sertifikatı təqdim olunub. Bu sertifikatı almış məşqçi-müəllimlər yerli çempionatlarda məşqçilik edə biləcəklər. Hər üç dərəcəni alacaq mütəxəssislər isə FIVB-nin "Level-1" seminarında iştirak etmək hüququ qazanacaqlar.

Qeyd edək ki, bundan əvvəl Qəbələ və Sumqayıtda da məşqçi kursları təşkil olunub.

Oxşar xəbərlər

AVF-nin məşqçi-müəllimlər üçün təşkil etdiyi növbəti kurs başa çatıb
Azərbaycan Voleybol Federasiyası növbəti dəfə məşqçi kursu təşkil edəcək
Azərbaycan Voleybol Federasiyasının məşqçi-müəllimlər üçün təşkil etdiyi kurs başa çatıb
Azərbaycanda voleybol məşqçiləri üçün seminarlar təşkil olunacaq
Azərbaycan Şahmat Federasiyası məşqçi-müəllimlər üçün onlayn seminarlar təşkil edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər