Azərbaycan Voleybol Federasiyasının məşqçi-müəllimlər üçün təşkil etdiyi kurs başa çatıb
sizinxeber.az xəbər saytı

Azərbaycan Voleybol Federasiyasının məşqçi-müəllimlər üçün təşkil etdiyi kurs başa çatıb


Azərbaycan Voleybol Federasiyasının (AVF) Qəbələ şəhərində məşqçi-müəllimlər üçün təşkil etdiyi kurs başa çatıb.

"Report" xəbər verir ki, Qəbələ Olimpiya İdman Kompleksində baş tutan və dörd gün davam edən AVF-nin “1-ci dərəcə” məşqçi kursunda “Oğuz RVK”nın tərkibinə daxil olan şəhər və rayonların 15 məşqçi-müəllimi iştirak edib.

Dərslər FIVB-nin məşqçi-instruktoru, AVF-nin Təhsil şurasının rəhbəri Cengiz Akarçeşme tərəfindən keçirilib.

Kursun sonuncu gününda iştirakçılar nəzəri və praktiki imtahan veriblər. Hər iki imtahanı uğurla keçən 14 mütəxəssisə AVF-nin “1-ci dərəcə” sertifikatı təqdim olunub.

Qeyd edək ki, belə kurslar Bakıda və digər bölgələrdə də təşkil olunacaq. AVF-nin “1-ci dərəcə” sertifikatını almış məşqçi-müəllimlər yerli çempionatlarda məşqçilik edə biləcəklər. Hər üç dərəcəni alacaq mütəxəssislər isə FIVB-nin Level-1 seminarında iştirak etmək hüququ qazanacaqlar.

Oxşar xəbərlər

"Qarabağ"ın futbol akademiyasında məşqçi təyinatları gerçəkləşib
Azərbaycan Voleybol Federasiyasının prezidenti yeniyetmə və gənc voleybolçuların təlim-məşq toplanışında olub
"Qalatasaray"ın sabiq oyunçusu Türkiyə klubuna baş məşqçi təyin olunub
Azərbaycanın voleybol hakimi beynəlxalq kursda iştirak edib
Azərbaycanın yunan-Roma güləşi millisi Vladiqafqazda toplanışa başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər