AVF-nin məşqçi-müəllimlər üçün təşkil etdiyi növbəti kurs başa çatıb
sizinxeber.az xəbər saytı

AVF-nin məşqçi-müəllimlər üçün təşkil etdiyi növbəti kurs başa çatıb


Azərbaycan Voleybol Federasiyasının (AVF) məşqçi-müəllimlər üçün təşkil etdiyi növbəti kurs başa çatıb.

"Sizinxeber.az" xəbər verir ki, Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan və altı gün davam edən AVF-nin 1-ci dərəcə məşqçi kursunda Sumqayıt RVK-nın tərkibinə daxil olan şəhər və rayonların 11, Şərqi Zəngəzur RVK-nın isə 3 məşqçi-müəllimi iştirak edib.

Dərslər FIVB-nin məşqçi-instruktoru, AVF-nin Təhsil Şurasının rəhbəri Cengiz Akarçeşme tərəfindən keçirilib.

Kursun sonuncu günündə iştirakçılar nəzəri və praktiki imtahan veriblər. Hər iki imtahanı uğurla keçən 9 mütəxəssisə AVF-nin 1-ci dərəcə sertifikatı təqdim olunub.

Qeyd edək ki, belə kurslar Bakıda və digər bölgələrdə də təşkil olunacaq. AVF-nin 1-ci dərəcə sertifikatını alan məşqçi-müəllimlər yerli çempionatlarda məşqçilik edə biləcəklər. Hər üç dərəcəni alacaq mütəxəssislər isə FIVB-nin Level-1 seminarında iştirak etmək hüququ qazanacaqlar.

Oxşar xəbərlər

Azərbaycan Voleybol Federasiyasının məşqçi-müəllimlər üçün təşkil etdiyi kurs başa çatıb
Azərbaycanda voleybol məşqçiləri üçün seminarlar təşkil olunacaq
Beynəlxalq Olimpiya Komitəsinin rəsmisi Bakıya gəlib
Azərbaycan kubunun kapitanı UEFA-nın məşqçilik kursunda iştirak edir
Azərbaycan klubunun kapitanı UEFA-nın məşqçilik kursunda iştirak edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər