Azərbaycan Voleybol Federasiyası növbəti dəfə məşqçi kursu təşkil edəcək
Azərbaycan Voleybol Federasiyası (AVF) növbəti dəfə məşqçi-müəllimlər üçün “1-ci dərəcə” məşqçi kursu təşkil edəcək.
"Sizinxeber.az" AVF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbir dekabrın 17-22-si aralığında Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.
Kursa Bakı Regional Voleybol Klubunun tərkibindəki şəhər və rayonlardan olan məşqçi-müəllimlər qatılacaqlar. Nəzəri və praktik hissələrdən ibarət olacaq dərsləri AVF-nin Təlim və aşağı yaş qruplarının rəhbəri Cengiz Akarçeşme keçəcək.
Sonda imtahandan uğurla keçəcək iştirakçılar AVF-nin “1-ci dərəcə” sertifikatını alacaqlar.
Qeyd edək ki, federasiya tərəfindən avqustun 9-12-si aralığında Qəbələdə, sentyabrın 21-26-sı aralığında Sumqayıtda “1-ci dərəcə” məşqçi kursu keçirilib.
AVF Bakıda və digər bölgələrdə birinci dərəcə ilə yanaşı, ikinci və üçüncü dərəcəli kurslar da təşkil edəcək. “1-ci dərəcə” sertifikatı almış məşqçi-müəllimlər yerli çempionatlarda məşqçilik edə biləcəklər. Hər üç dərəcəni alacaq mütəxəssislər isə FIVB-nin Level-1 seminarında iştirak hüququ qazanacaqlar. Kursda iştirak üçün son qeydiyyat tarixi dekabrın 16-sıdır.
Oxşar xəbərlər
AVF-nin məşqçi-müəllimlər üçün təşkil etdiyi növbəti kurs başa çatıb
Azərbaycanda voleybol məşqçiləri üçün seminarlar təşkil olunacaq
Azərbaycan Voleybol Federasiyası 16 yaşadək idmançılar üçün düşərgələr təşkil edir
Azərbaycanı Bolqarıstanda keçiriləcək konversiyada təmsil edəcək məşqçilər müəyyənləşib
Azərbaycan Şahmat Federasiyası məşqçi-müəllimlər üçün onlayn seminarlar təşkil edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













