Azərbaycan Basketbol Liqasında VII tura bu gün start veriləcək
Azərbaycan Basketbol Liqasında VII tura bu gün start veriləcək.
"Sizinxeber.az"un məlumatına görə, əvvəlcə NTD "Naxçıvan"la üz-üzə gələcək.
Qarşılaşma saat 16:00-da başlayacaq. "Sabah" - "Neftçi" görüşü isə saat 20:00-da start götürəcək. A qrupunun hər iki oyunu "Sərhədçi" İdman Mərkəzində gerçəkləşəcək.
"Sabah" 12 xalla qrupda birinci, "Naxçıvan" 11 xalla ikinci pillədə qərarlaşıb. Beşinci olan NTD-nin 7 xalı var. "Neftçi" isə 6 xalla sonuncu - altıncıdır.
B qrupunda bir oyun reallaşacaq. "Lənkəran" səfərdə "Sumqayıt"ın qonağı olacaq. Qarşılaşma Sumqayıt Olimpiya İdman Mərkəzinin meydanında, saat 15:00-da start götürəcək. Hazırda "Lənkəran" 8 xalla beşincidir. Qrup sonuncusu olan "Sumqayıt"ın 7 xalı var.
Qeyd edək ki, turun digər oyunları dekabrın 18-də keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycan Basketbol Liqası: V tura bir oyunla start veriləcək
Azərbaycan Basketbol Liqasında VI turun daha bir oyunu baş tutacaq
Azərbaycan Basketbol Liqasında V turun daha bir oyunu keçiriləcək
Azərbaycan Basketbol Liqasında bu gün daha iki oyun keçiriləcək
Azərbaycan Basketbol Liqası: "Gəncə" "Sumqayıt"la qarşılaşacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











